29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Qaziantepdə 76 saat sonra 3 nəfər dağıntılar altından xilas edilib - FOTO/VİDEO

09.02.2023

Türkiyənin Qaziantep şəhərində baş verən zəlzələdən 76 saat sonra 3 nəfər dağıntılar altından xilas edilib.

Episentri Pazarcık və Elbistan rayonları olan və 10 şəhəri təsir altına alan zəlzələlərdən sonra Qaziantepdə binaların dağıntıları altnda axtarış-xilasetmə işləri davam etdirilir.

Mərkəz Batıkent məhəlləsində 14 mərtəbəli binanın dağıntıları altından səslər eşidildikdən sonra bölgədə işlər daha da intensivləşib. Nəticədə uzun müddət sonra hələlik adları məlum olmayan 3 nəfər sağ tapılıb. Dağıntılar altından çıxarılan yaralı ailə alqışlarla qarşılanıb.

Zəlzələdən 76 saat sonra yaralılar ilişib qaldıqları yerdən çıxarılaraq təcili yardım maşınları ilə xəstəxanaya göndəriliblər.


Mənbə: Haber Global