29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baku TV Kahramanmaraşda: Dağıntılar altından cəsədlər çıxarılır - VİDEO

09.02.2023

Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş dağıdıcı zəlzələdə demək olar ki, bütün tikililər yararsız hala düşüb.

Baku TV-nin Türkiyəyə ezam olunmuş müxbiri xəbər verir ki, Kahramanmaraşın Azərbaycan bulvarı adlanan hissəsində yolboyu bütün binalar dağılıb.

Hazırda Kahramanmaraşda termal cihazlarla axtarış-xilasetmə işləri davam etdirilir. Dağıntılar altında hələ də bir neçə nəfərin sağ olduğu ehtimal edilir. Onlarla cansız bədən çıxarılaraq dəfn edilib.

Qeyd edək ki, Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığda 12 391 nəfər həyatını itirib, 62 914 şəxs xəsarət alıb. Xilasetmə işlərinə 110 571 nəfər, 5 557 müxtəlif texnika cəlb olunub. İlk zəlzələlərin ardından 1 052 afterşok qeydə alınıb.

Ətraflı videonu təqdim edirik: