29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Litva Türkiyəyə humanitar yardım və xilasetmə komandası göndərir

08.02.2023

Litva zəlzələnin fəsadlarının aradan qaldırılmasında Türkiyəyə yardım üçün humanitar dəstək və axtarış-xilasetmə qrupu göndərəcəyini açıqlayıb.

"DM" xəbər verir ki, bu barədə Litva xarici işlər naziri Qabrielius Landsberqis "Twitter"də bildirib.

"Fikir və dualarımız Türkiyə ilədir və eyni zamanda yarım milyon avro dəyərində çadır, yataq dəstləri, adyal, tibbi avadanlıq, dərman və nağd pul göndəririk. Həmçinin, 40 xilasedicidən ibarət komandamız yola düşəcək. Biz müttəfiqlərimizlə birlikdə çalışacağıq ki, lazım olan yerə mümkün qədər tez kömək edək", - litvalı nazir bildirib.