30 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ərdoğan zəlzələdən əziyyət çəkən vətəndaşlara ödənəcək ilkin məbləği AÇIQLAYIB

08.02.2023

"Bütün imkanlarımızı səfərbər etdik, dövlət bütün imkanları ilə AFAD başda olmaqla fəaliyyətləri bələdiyyələrlə birgə icra edir. Kahramanmaraş və digər 9 vilayətimizdə vətəndaşlarımız narahat olmasınlar, əsla küçələrdə qalmalarına icazə verməyəcəyik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə baş vermiş dəhşətli zəlzələnin fəsadları barədə danışarkən deyib.

"Antalya, Alanya və Mersin kimi bölgələrdəki otellərlə danışıqlar apardıq. Vətəndaşlarımız istəsələr, onları bu bölgələrdəki otellərə yerləşdirməyə hazırıq. Yemək-içmək, bütün ehtiyacları bu otellərdə təmin olunacaq.

Təxribatçılara fürsət verməməyinizi istəyirəm. Bu gün birlik olma zamanıdır. Zərərin müəyyənləşdirilməsi ilə birlikdə ailələrə dəstəyimizi verəcəyik. Hər ailəmizə 10 min lirə çatdıracağıq”.