02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub - FOTO

08.02.2023

Azərbaycan müdafiə nazirinin müavini, Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olub.

"DM"xəbər verir ki, o, Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya ilə görüşüb.

Görüşdə general Türkiyədə baş verən güclü zəlzələ nəticəsində insanların həlak olması və xəsarət alması ilə bağlı başsağlığı verib.

A.Kaya isə öz növbəsində göstərilən dəstəyə görə təşəkkürünü bildirib.

Həmçinin Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri Daşqın Rəhimov və Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Naxçıvan Muxtar Respublikasındakı idarəsinin rəisi Vüsal Ələkbərli də Türkiyənin Naxçıvandakı Baş konsulluğunda olublar, A.Kaya ilə görüşərək həlak olanlara başsağlığı veriblər, yaralılara şəfa diləyiblər.