02 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvandan Türkiyəyə yardım aparan ilk TIR yola düşüb

08.02.2023

Dünən Naxçıvan sahibkarlarına məxsus Türkiyəyə yardım aparan ilk TIR yola düşüb.

"DM” xəbər verir ki, bunu Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev "Bakı KOB evi”ndə keçirilən Türkiyədə baş vermiş zəlzələdən zərər çəkənlərə dəstək məqsədi ilə Azərbaycanın dövlət və özəl qurumlarının dəstəyi ilə yaradılmış "Qardaş köməyi” dəstək platformasının təqdimatı mərasimində deyib.

O qeyd edib ki, Azərbaycan sahibkarları tərəfindən yardımlara dünəndən start verilib:

"Bu gün də yardımlar davam edəcək. Bizim işçi qrupumuz bu proseslərin davam etməsinə nəzarət edəcək. Hamımız qardaşlarımızın yanındayıq, Allah ölənlərə rəhmət eləsin”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Zəlzələ nəticəsində ölənlərin sayı 6 957 nəfərə çatıb. Təbii fəlakət nəticəsində 38 224 nəfər yaralanıb