02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bakıda Türkiyəyə göndəriləcək yardım kampaniyası davam edir - VİDEO

08.02.2023

Türkiyəyə yardımla bağlı "Əl oyunları” sarayında təşkil edilən yardım kampaniyası çərçivəsində insanların əraziyə axını davam edir.

"DM" xəbər verir ki, insanlar yardım məqsədilə daha çox kişi geyimləri, kurtkalar, adyallar, döşəklər, yorğanlar, qeyri-qida ilə yanaşı içməli sular, konservlər gətirirlər.

Ərazidə RİİB könülləri, Heydər Əliyev Fondunun nümayəndələri və digər vətəndaşlar əşyaların daşınmasına köməklik edirlər.

Vətəndaşların şəxsi nəqliyyat vasitələri ilə gəldiklərini nəzərə alaraq DYP əməkdaşları tərəfindən Bayıl istiqamətindən Azneft dairəsinə və əks istiqamətə nəqliyyatın hərəkəti tənzimlənir.

Sürücülərdən nəqliyyat vasitələrini yolun hərəkət istiqamətində saxlamamaları xahiş olunur.