04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ-nin iki xilasetmə komandası bu gün Türkiyəyə gələcək - FOTO

08.02.2023

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (United States Agency for International Development – USAID) iki komandası bu gün Türkiyəyə gələcək.

Komandalar dağıntıların olduğu şəhərlərdə axtarış və xilasetmə işlərində iştirak etmək üçün Türkiyənin cənub-şərqindəki Adıyaman vilayətinə yola düşəcəklər.

Bu barədə USAID-in Fəlakətlərə Yardım Qrupunun rəhbəri Stiven Allen məlumat verib.

Onun sözlərinə görə, komandalar təxminən 80 nəfərdən ibarət olacaq. Həmçinin 12 it və 170 000 funt həcmində xüsusi alət və avadanlıqlar, həmçinin betonun çeşidlənməsi və sökülməsi üçün lazımi vasitələr də gətiriləcək.

Allen qeyd edib ki, ekipaj və avadanlıqların olduğu ABŞ döyüş təyyarələri Türkiyənin cənubunda, Adana əyalətindəki İncirlik hərbi hava bazasına enəcək. Komandalar oradan da dərhal güclü dağıntıların olduğu şəhər mərkəzlərinə yola düşəcəklər ki, daha çox insanı xilas etmək mümkün olsun.

"Onlar, həqiqətən, gündə 24 saat, həftədə yeddi gün işləyirlər, növbə ilə, gecə-gündüz işləyirlər, çünki ilk günlərdə hər saat həlledici sayılır”, - deyə Allen vurğulayıb.

Mənbə: Swissinfo.ch