03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli müğənnilərin Bakı konserti təxirə salınıb - FOTO

07.02.2023

Türkiyədə 3 mindən çox insanın həyatına son qoymuş zəlzələyə görə 7 günlük milli matəm elan olunub. Bu səbəbdən ölkədə bayraqlar yarıya endirilib, müxtəlif mədəniyyət tədbirləri, konsertlər təxirə salınıb. Bu təşəbbüsə Azərbaycan telekanalları da qoşulub, əyləncəli proqramların yayımını dayandırıb.

Bu günlərdə Bakıda bir neçə türk məşhurunun konserti gözlənilir ki, onların da keçirilib-keçirilməyəcəyi sual doğurur. Onlar arasında "Anadolu Ateşi” rəqs qrupu (8 fevral), Mahsun Kırmızıgül (12 fevral), Öykü Gürman (14 fevral) və Sertab Erener (14 fevral) var. Bununla bağlı təşkilatçılara sorğu ünvanlanıb.

"Mega Müzik” şirkətinin rəhbəri Murat Tayfur "Qafqazinfo”ya bildirib ki, fevralın 14-də keçiriləcəyi gözlənilən Öykü Gürman konserti təxirə salınıb. O, tədbirin yeni tarixini hələlik açıqlamayıb.


Fevralın 8-də baş tutmalı olan "Anadolu Ateşi” rəqs qrupunun çıxışının vaxtı 19 fevral saat 19:00-a dəyişdirilib.


Fevralın 14-nə nəzərdə tutulan Sertab Erenerin konsertinin təşkilatçılarından biri olan "Peachline”dan bildirilib ki, tədbirin təxirə salınması müğənninin qərarından asılıdır.


Sonda isə Mahsun Kırmızıgülün fevralın 12-də keçirilməsi gözlənilən konsertinin təxirə salındığı bildirib. Tədbir qeyri-müəyyən vaxtadək ertələnib.