03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycana minaaxtaran itlər və siçovullar gətiriləcək

07.02.2023

"Minatəmizləmə Agentliyi və BMT-nin İnkişaf Proqramının Azərbaycan Nümayəndəliyi arasında məcburi köçkünlərin təhlükəsiz qayıdışını təmin etmək məqsədilə ANAMA-nın instusional inkişafına imza atılıb. Layihə Avropa İttifaqı tərəfindən maliyyələşdirilir”.

"DM"xəbər verir ki, bunu ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov bildirib.

Onun sözlərinə görə, layihə çərçivəsində Azərbaycanda yeni minatəmizləmə komandasının yaradılması nəzərdə tutulur: "Bu komanda qeyri-hökumət təşkilatının nəzdində fəaliyyət göstərəcək. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qrupunun yaradılması nəzərdə tutulub. Bundan başqa, Azərbaycana əlavə olaraq minaaxtaran itlər və siçovullar gətiriləcək və minatəmizləmə əməliyyatına qatılacaq. Eyni zamanda, informasiya sisteminin təkmilləşdirilməsi də layihə çərçivəsində həyata keçiriləcək. Layihənin müddəti 18 ay nəzərdə tutulub, amma ümid edirik ki, layihə davamlı olacaq”.