03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı tələbə dağıntılar altından sağ çıxarılıb

07.02.2023

Ötən gün Türkiyədə baş verən güclü zəlzələ nəticəsində Kahramanmaraşda itkin düşmüş azərbaycanlı tələbə tapılıb.

Bu barədə  Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli məlumat verib.

Belə ki, Kahramanmaraş Sütçü İmam Universitetinin tələbəsi Göyçə Baxşəliyeva dağıntıya məruz qalmış binanın altından çıxarılıb, təcili olaraq xəstəxanaya aparılıb:

"Xəsarət alıb, ümumi vəziyyəti ağır deyil. Müayinələrdən sonra səhhəti haqqında dəqiq məlumatı həkimlərdən alacağıq”.

Həmran Əmirli deyib ki, tələbənin vəziyyəti ilə bağlı məsələ Azərbaycanın Türkiyədəki Səfirliyinin nəzarətindədir:

"Valideynlərinin də məlumatı var”.