05 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bu maşınların sürücüləri niyə cərimələnir?

01.11.2018

Son günlər Bakıda, xüsusilə şəhərin mərkəzi küçələrində yük avtomobilləri sürüclərinə müəyyən qadağalar tətbiq edilib. Sürücülər bildirib ki, bir müddətdir onlara qadağalarla yanaşı, müəyyən cərimələr də yazılır.
"Dövran Media" xəbər verir ki, yük avtomobili sürücülərinə cərimələri adətən 3.4 "Yük avtomobillərinin hərəkəti qadağandır" nişanının tələbini pozmağa görə yazırlar.
Sürücülərin şikayətini nəzərə alan hüquqşünas Ərşad Hüseynov açıqlamasında bildirib ki, yük avtomobilləri üçün nəzərdə tutulmuş müəyyən yol nişanları var və belə nişan olmayan küçələrdə və prospektlərdə heç kəsə cərimə yazıla bilməz:
"Prezidentin 1 fevral 2006-cı il №1255 Sərəncamı və Yol hərəkəti təhlükəsizliyi komissiyasının Bakıya yük avtomobillərinin girişini məhdudlaşdırmaq barədə qərarı var. Qərara əsasən 3.4 nişanını icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinə aid olmaqla və qadağan olunmuş müddətdə (8.00-21.00, 7.00- 21.00 və ya 7.00- 20.00 aralığı) göstərməklə tətbiq etmək lazımdır. Belə olduqda həmin nişanların qoyulduğu yol sahəsinə daxil olan icazə verilən maksimal kütləsi 5 tondan artıq yük avtomobillərinin sürücləri cərimələnə bilər.
Belə nişan olmayan küçələrdə və prospektlərdə isə heç kəsə cərimə yazıla bilməz. Bu qadağa şəhərdən çıxışa aid olmadığı üçün şəhərdən çıxanlara da cərimə yazıla bilməz”.
Hüquqşünas bildirib ki, yük avtomobili sürücüləri qanunu bilsələr, cərimələnməzlər.