02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

BMT Azərbaycana minatəmizləmə ilə bağlı beynəlxalq ekspertlər göndərib

07.02.2023

"Minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib”.

"DM” xəbər verir ki, bunu BMT-nin İnkişaf Proqramının rezident nümayəndəsi səlahiyyətlərini icra edən Nuno Queiros fevralın 7-də Şuşada BMTİP və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilən konfransda deyib.

"Son iki il ərzində Azərbaycanda minalardan təmizləmə əməliyyatlarımızı genişləndirmək və dəstək vermək üçün Avropa İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Millətlər Təşkilatının Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin maliyyə dəstəyindən faydalanmışıq. Öz resurslarımızla və digər xidmətlərlə yanaşı, beynəlxalq ekspertlərdən ibarət yüksək səviyyəli heyət Azərbaycana göndərilib, minatəmizləmə standartlarına yenidən baxılıb və milli qanunvericilik yenilənib”, - o qeyd edib.