02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şuşada BMT və ANAMA-nın təşkilatçılığı ilə konfrans keçirili

07.02.2023

Şuşa şəhərində minatəmizləmə mövzusunda beynəlxalq konfrans başlayıb.

"DM” xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (UNDP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) birgə təşkilatçılığı ilə keçirilir.

Tədbir zamanı iştirakçılar minatəmizləmə sahəsində təcrübə mübadiləsi aparacaq, Azərbaycanda ilk qadın minatəmizləmə komandalarının yaradılması ilə gender inklüzivliyinin təşviq edilməsini, eləcə də QHT-lərin minatəmizləmə işinə potensial olaraq daha çox cəlb olunmasını müzakirə edəcəklər.

Bu layihənin strategiya və məlumatların idarə edilməsi sahələrində ANAMA-nın institusional potensialını gücləndirməyə və artırmağa imkan verəcəyi gözlənilir.