02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanlı həkimlər Adanada zərərçəkənlərə tibbi yardım göstərəcəklər

07.02.2023

Azərbaycandan Türkiyəyə gedən hərbi həkim briqadaları Adana şəhərində zəlzələdən zərərçəkənlərə tibbi yardım göstərəcəklər.

"DM” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfirliyindən bildirilib.

"34 nəfərlik həkim heyətini, səhra xəstəxanası ləvazimatlarını və digər tibbi ləvazimatları daşıyan 4-cü və 5-ci təyyarələr bu gün səhər saatlarında qardaş Azərbaycandan Adanaya yola düşüb”, - deyə diplomatik nümayəndəlikdən qeyd olunub.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Nəticədə 3 381 nəfər ölüb, 20 426 nəfər yaralanıb. 5 775 bina dağılıb.