05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dam örtüklərinin dəyişdirilməsinə əlavə vəsait ayrılacaq

01.11.2018

Azərbaycanın şəhər və rayonlarında yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsinə əlavə vəsait ayrılacaq
2019-cu il dövlət büdcəsi zərfində mənzil və kommunal, yanacaq və enerji, sənaye və tikinti, nəqliyyat və rabitə xərcləri üzrə 563,4 milyon manat proqnozlaşdırılıb.
Mənzil və kommunal təsərrüfatı xərcləri üçün 2019-cu il dövlət büdcəsindən 360,3 milyon manat vəsait ayrılıb. Həmin vəsaitin 54,4 milyon manatı və ya 15,1 faizi rayon və şəhərlərdə mənzil təsərrüfatının fəaliyyətinin tənzimlənməsinə, 305,9 milyon manatı və ya 84,9 faizi kommunal, su təsərrüfatı və abadlıq işlərinin həyata keçirilməsi işlərinə yönəldiləcək.
Şəhər (rayon) mərkəzlərində yaşayış evlərinin dam örtüyünün dəyişdirilməsi ilə bağlı növbəti ilin dövlət büdcəsi zərfində əlavə olaraq 22,5 milyon manat vəsait nəzərdə tutulub.
Növbəti ildə küçələrin işıqlandırılmasına və abadlaşdırılmasına 250 milyon manat vəsait nəzərdə tutulub.