02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəli nazirdən itkilərlə bağlı AÇIQLAMA

07.02.2023

"Türkiyədə zəlzələ 13,5 milyon insana təsir edib”.

Bunu ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib.

"Qaziantepdə 581 dağılmış bina var, 468 nəfər həyatını itirib. 3 570 yaralı vətəndaşımızı dağıntılar altından xilas etdik. Zəlzələ bölgənin 10 vilayətinə birbaşa təsir edib”, - deyə o bildirib.

Türkiyəli nazir əlavə edib:

"Vilayətlərimizdən bir çoxu zəlzələdən birbaşa zərər görüb. Təbii ki, biz həmişə deyirik ki, ölkəmizin əhalisinin 70 faizindən çoxu zəlzələ zonalarında yaşayır. Bu, Ərzincan zəlzələsindən sonra ölkəmizin ötən bir əsrdə gördüyü ən böyük zəlzələ fəlakətidir.

İkinci 24 saata daxil olduq. 72 saat bizim üçün çox qiymətlidir”.

Mənbə: DHA