02 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədəki azərbaycanlı tələbələr niyə təxliyə edilmir?

07.02.2023

"Türkiyədə zəlzələ baş verən ərazidəki azərbaycanlı tələbələr ölkəmizə yola salınacaqlar”.

Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyindən məlumat verilib. Qeyd edilib ki, tələbələrə kömək edilməsi, mümkün olduqda isə Azərbaycana göndərilməsi nəzərdə tutulur:

"İndi daha çox zəlzələdən əziyyət çəkən azərbaycanlıları müəyyənləşdirmək və kömək etmək üçün çalışırıq. Hava şəraiti əlverişli deyil. Qar və çovğun var. Mümkün olduqda, tələbələrin Azərbaycana göndərilməsini həyata keçirəcəyik. Bu istiqamətdə iş aparılır. Məlumat veriləcək”.

Qeyd edək ki, Türkiyənin zəlzələ baş verən şəhərlərində yaşayan azərbaycanlı tələbələr sosial şəbəkələrdə paylaşım edərək, Azərbaycana göndəriləcəklərini, bir yerə toplaşmaq üçün tapşırıq verildiyini bildiriblər.