Şoyqu Akara zəlzələ ilə bağlı yardım təklif edib  
    
                          
     
                         06.02.2023
 
    
                        Rusiya müdafiə naziri Sergey Şoyqu Türkiyənin müdafiə naziri Hulusi Akarla telefonla danışıb.
"DM" xəbər verir ki, Şoyqu türkiyəli həmkarına başsağlığı verib və Müdafiə Nazirliyi vasitəsilə lazım olan bütün yardımları təklif edib.
Türkiyənin müdafiə naziri təklifə görə təşəkkür edib və konkret təkliflər hazırlayacağına söz verib.