05 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycan Qızıl Aypara Cəmiyyəti: “Səninləyəm, Türkiyə!”

06.02.2023

Türkiyədə bu səhər 7,4 maqnitudalı zəlzələ olub. Yeraltı təkanlar yarım saat ərzində müxtəlif bölgələrdə - Adana, Ankara, Antalya, Qaziantep, Kayseri, Mersin, Trabzon, Şanlıurfada hiss olunub.

Bu günün məlumatlarına əsasən, 150 bina dağılıb, 560-dan çox yaralı var, azı 85 nəfər həlak olub.

Qardaş ölkəyə humanitar yardım göstərmək məqsədi ilə Azərbaycanın ən böyük humanitar təşkilatı olaraq Azərbaycan Qızıl Aypara Cəmiyyəti "Səninləyəm, Türkiyə!” adlı kampaniya elan edib.

Kampaniya çərçivəsində istənilən fiziki və hüquqi şəxslər birbaşa maliyyə yardımı göstərə bilərlər:

• Onlayn bank kartı vasitəsi ilə ianə etmək üçün bu linkdən istifadə edin:

https://yardim.et/az/donations/bank/online

• Nağd pul vasitəsi ilə ianə etmək üçün MilliÖn və eManat ödəniş terminallarında xeyriyyəçilik bölməsində "yardim.et” düyməsindən istifadə edə bilərsiniz.

• SMS vasitəsi ilə ianə etmək üçün "Azercell” Abunəçiləri 8116 qısa nömrəsinə SMS göndərə bilər.

• Elektron pul kisəsi vasitəsi ilə hesab.az saytından ianə edə bilərsiniz.

• Hüquqi şəxslər həmçinin bank köçürmə vasitəsi ilə ianə edə bilərlər. Əlaqə üçün: [email protected]

Bütün yığılan ianələr Türkiyəyə humanitar yardım göstərmək məqsədi ilə göndəriləcək.