06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Hava taksiləri istifadəyə veriləcək. HARADA?

01.11.2018

Iranın Simnan vilayəti Sənaye Şəhərcikləri Şirkətinin icraçı direktoru Həsən Al-Buyə bildirib ki, İranın Simnan vilayətinin mərkəzi aeroportunda iqtisadi fəalları və investorları daşımaq üçün hava taksilərinin istifadəyə verilməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, paytaxt Tehranda bir çox iqtisadi fəalın ofisi var və hava taksilərinin istifadəyə verilməsi onların Simnan vilayətinə gətirilməsində çox əhəmiyyətlidir.
Al-Buyə əlavə edib ki, Simnanın mərkəzində bu imkanın yaradılması vilayətdə investisiya strukturlarını möhkəmləndirəcək. Eyni zamanda, ölkənin və dünyanın müxtəlif yerlərinə məhsul ixracına təkan verəcək.