16 09 2025-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
03/09/2025
02/09/2025
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

Hulusi Akar: “Zəlzələ bölgəsində Silahlı Qüvvələrimizin üç şəhidi var”

06.02.2023

"Milli Müdafiə Nazirliyi də axtarış-xilasetmə qruplarının zəlzələ bölgəsinə çatdırılması üçün fəaliyyətə başlayıb. Türkiyə Silahlı Qüvvələrinin çoxlu sayda nəqliyyat təyyarəsi axtarış-xilasetmə qrupları və maşınları bölgəyə göndərilməyə başlayıb. Təcili yardım təyyarələri də yaradılan "hava yardımı dəhlizi”ndə iştirak edir”.

Bu barədə Türkiyənin müdafiə naziri Hulusi Akar bildirib.

O zəlzələ bölgəsindəki bəzi hava limanlarının uçuş-enmə zolağında çatların əmələ gəldiyini qeyd edib.

"Bununla belə, zəlzələ bölgəsinə ən qısa zamanda personal və materialların çatdırılması üçün səylər davam edir”, - deyə nazir vurğulayıb.

Akar həmçinin Türkiyə Silahlı Qüvvələrində şəhidlərin olduğunu bildirib.

"Təəssüf ki, 3 şəhidimiz, yaralılarımız var. Əlaqə saxlamağın mümkün olmadığı kadrlarımız barədə də məlumat almışıq. Hazırda dağıntılar altında qalan personalımızla əlaqə yaratmağa da çalışırıq”, - deyə nazir bildirib.

Mənbə: Haber Global