01 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyəyə yola düşən Azərbaycanın xilasetmə qrupu ünvana çatıb - YENİLƏNİB/VİDEO

06.02.2023

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xilasetmə heyəti artıq Türkiyəyə çatıb.

Bu barədə "Haber Global” kadrlar təqdim edib.

Bildirilir ki, FHN-in 370 nəfərlik heyəti Adana hava limanındadır.

"Dost və qardaş Azərbaycandan 370 nəfərlik axtarış-xilasetmə qrupu Adanada bölgəyə doğru hərəkət edir”, - deyə məlumatda bildirilir.


16:12

Türkiyədə baş verən zəlzələ ilə bağlı qardaş ölkəyə yollanan Fövqəladə Hallar Nazirliyinin xilasedicilərindən ibarət bir qrup əməkdaşı Adanaya çatıb.

"DM" xəbər verir ki, FHN əməkdaşlarını daşıyan təyyarə Şakirpaşa Hava Limanına eniş edib.

13:06
Fövqəladə Hallar Nazirliyinin ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələri Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Beynəlxalq Hava Limanından yola düşüb.

"DM"-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisi, general-mayor Etibar İsmayılov bildirib.

O qeyd edib ki, 370 nəfər şəxs xüsusi xilasetmə avadanlıqları ilə təchiz olunaraq qardaş ölkəyə yollanıb:

"Xilasetmə ilə bağlı yenidən heyətin göndərilməsi gözlənilir. Şəxsi heyətin hansı ərazilərdə axtarış aparması Türkiyədə bilinəcək”.

Etibar İsmayılov əlavə edib ki, xüsusi təlim keçmiş səkkiz it də əraziyə aparılır.