01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədəki zəlzələ Suriyaya da sirayət edib: 606 ölü-YENİLƏNİB

06.02.2023

Ölkənin Səhiyyə Nazirliyindən verilən açıqlamaya görə, Hələb, Tartus, Həma və Lazkiyada hiss edilən 7,7 maqnitudalı zəlzələdə 403 nəfər ölüb, 1284 nəfər yaralanıb. Suriyalı müxalifətçilərin nəzarətində olan bölgələrdə isə 203 nəfərin zəlzələ nəticəsində öldüyü, yüzlərlə sakinin yaralandığı bildirilir.   

Zəlzələnin hiss edildiyi başqa bir ölkə - Livanın daxili işlər naziri Besam Mevlevinin sözlərinə görə isə ölkədə təbii fəlakət nəticəsində insan itkisi qeydə alınmayıb. O bildirib ki, bir neçə binada çat yaranıb.

11:35

Ocağı Türkiyədə qeydə alınan 7.4 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

"DM" xəbər verir ki, zəlzələ nəticəsində 42 nəfər ölüb, 200 nəfər yaralanıb və xəstəxanaya yerləşdirilib.

Dağıntılar ölkənin əsasən Hələb və İdlib bölgələrində qeydə alınıb.

Xatırladaq ki, bu gün səhər saatlarında Türkiyənin mərkəzi və cənub ərazilərində güclü zəlzələ olub. Ölən və yaralananlar var.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 100-ü keçib.

Bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb. 400-ə yaxın adam dağıntıların altından çıxarılıb.

***

Suriyanın şimalında baş verən zəlzələ nəticəsində ölənlərin sayı 237-yə çatıb.

bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildirilib.

Bildirilib ki, zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb.

Qeyd olunub ki, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.

***

Suriyada güclü zəlzələ zamanı həlak olanların sayı 427-yə çatıb.

Yaralıların sayı dəqiqləşdirilir. Öncəki məlumatda xəsarət alanların sayı 639 nəfər göstərilirdi.