01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə deputatın ailəsi dağıntılar altında qalıb

06.02.2023

Türkiyədə Ədalət və İnkişaf Partiyasının Hataydan olan deputatı Hüseyn Yaymanın ailə üzvləri dağıntılar altında qalıblar.

Bu barədə o özü məlumat verib.

"İki qardaşım, həyat yoldaşları, bacım, qaynım və uşaqları dağıntılar altındadırlar. Yollarda böyük çatlar var, hamı səfərbər olub”, - deyə o bildirib.

Millət vəkilinin sözlərinə görə, yeraltı təkanlar Hatayda çox hiss edilib:

"Bizdə çoxlu dağıntılar var. Vətəndaşlar panikaya düşməməlidirlər. Soyuqqanlı olsunlar. Yola çıxmayın, telefonları məşğul etməyin. Çoxlu qəzalı binalarımız var”.

Qeyd edək ki, Kahramanmaraşda baş verən 7,4 bal gücündə zəlzələ 10 şəhərə təsir edib. Zəlzələ nəticəsində 140 bina dağılıb, azı 284 nəfər həlak olub, minlərlə yaralı var.

Mənbə: CNN Türk