01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə dəhşətli zəlzələ baş verib - CANLI YAYIM + YENİLƏNİB

06.02.2023

Bu gün Türkiyədə çox sayda insanın ölümünə və dağıntılara səbəb olan dəhşətli zəlzələ baş verib.

Haber Global dağıntılar olan yerdən canlı yayıma çıxıb:


08:31

Türkiyədə 7.4 maqnitudalı zəlzələ olub.

"DM" xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilib ki, zəlzələnin ocağı Kahramanmaraş şəhərinin Pazarcık rayonu ərazisində 7 km dərinlikdə olub.

Yeraltı təkanlar Bakı vaxtı ilə 05:17-də qeydə alınıb. Zəlzələ Ankara daxil olmaqla ölkənin bir çox şəhərlərində hiss edilib.

Çox sayda yaşayış binasının və ictimai-iaşə obyektlərinin dağıldığı bildirilir.

Hətt bəzi şəxslər dağıntılar altında canlı yayıma çıxaraq olduqları yer barədə məlumat verir, yardım göstərilməsi üçün çağırışlar edirlər.

Qeyd edək ki, baş verən güclü zəlzələdən sonra Qaziantep şəhərində 6.4 maqnitudalı afterşok qeydə alınıb.