01 05 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ rusiyalı oliqarxın 5 milyon dollardan çox vəsaitini müsadirə edəcək

03.02.2023

Rusiyalı oliqarx Konstantin Malofeyevin 5,4 milyon dolları müsadirə ediləcək.

ABŞ-nin Manhetten Dairə Federal Məhkəməsi prokurorluğa oliqarxın bu vəsaitini müsadirə etməyə icazə verib.

Bu pulların isə Ukraynaya verilə biləcəyi qeyd edilir.

"Rusiyalı iş adamından müsadirə olunan vəsait Ukraynaya yönəldiləcək. Bu pullar Rusiyanın Ukrayna xalqı və torpağına vurduğu fəlakətin dəyəri ilə müqayisədə cüzidir, lakin töhfə verilməsi  vacibdir”, - deyə Ədliyyə Nazirliyinin "KleptoCapture” hədəf qrupunun rəhbəri Endryu Adams bildirib.

Mənbə: "Reuters”