01 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kuleba: İranla diplomatik əlaqələri hər an kəsə bilərik

03.02.2023

İranla diplomatik əlaqələrin kəsilməsi barədə qərar hər an qəbul oluna bilər.

"DM" xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Dmitri Kuleba deyib.

O bildirib ki, bu, Tehranın gələcək davranışlarından asılı olacaq:

"Mən prezidentə artıq bu barədə təklif vermişəm. Məsələ açıq olaraq qalır. Qərar hər an qəbul oluna bilər”.

XİN başçısı vurğulayıb ki, İran artıq "qırmızı xətlər"i keçib:

"Biz tarixən İrana heç bir pislik etməmişik. Amma bu dövlət Rusiyaya pilotsuz uçuş aparatları verir”.

Nazir bildirib ki, İrandakı hücumlar bu dövlətə siqnal olmalıdır:

"Ukraynaya qarşı Rusiya ilə əməkdaşlıq İrana nə qədər faydalı görünsə də, bu əməkdaşlığın mənfi nəticələri daha çoxdur”.

Qeyd edək ki, yanvarın 29-da İranın İsfahan şəhərinə dron hücumları həyata keçirilib.