01 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

SOCAR və “Romgaz S.A.” arasında saziş imzalanıb - FOTO

03.02.2023

2023-cü il fevralın 3-də Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və Rumıniyanın "Romgaz S.A.” arasında 2023-2024-cü illər ərzində Azərbaycandan Rumıniyaya bir milyard kubmetrə qədər qaz nəqlinə dair saziş imzalanıb.

SOCAR-dan verilən məlumata görə, saziş 2022-ci il oktyabrın 19-da və dekabrın 16-da SOCAR və "Romgaz S.A.” arasında imzalanan sənədlərin davamı hesab olunur.

İki ölkə arasında enerji sahəsində əlaqələrin hüquqi bazasının formalaşmasını təmin edən sənədlər Azərbaycan qazının ixrac coğrafiyasını genişləndirməklə yanaşı, ölkələr arasında əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyinə və "yaşıl enerji” strategiyasına mühüm töhfə verəcəkdir.