01 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezident: “Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir”

03.02.2023

"Məşvərət Şurasının iclasında ilk olaraq konseptual məsələlər həll edilməlidir: öz fəaliyyətimizi necə quracağıq, hər bir ölkənin öhdəlikləri necə olacaq, özəl şirkətlər bura necə qoşula bilər. Bu, konsorsium - şirkətlərin konsorsiumu olacaq və yaxud hər ölkə öz ərazisində üzərinə düşən işləri icra edəcək”.

AZƏRTAC xəbər verir ki, bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Bu məsələlər barədə razılığın əldə olunmasının vacibliyini xüsusi qeyd edən dövlətimizin başçısı bildirib: 

"Burada Azərbaycanın quruda və dənizdə bərpa olunan enerji resurslarından enerjinin alınması, həmin enerjinin Gürcüstanla sərhədə nəql edilməsi, bundan əlavə, Qara dənizin dibi ilə kabelin çəkilməsi məsələsi də durur. Ona görə biz planlarımızı müvafiq qaydada strukturlaşdırmalıyıq və baxmalıyıq ki, kim potensial qaydada investor rolunu oynaya bilər. Əlbəttə, beynəlxalq maliyyə təsisatları ilə də əməkdaşlıq qurmalıyıq”.