05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrəvan JAS-39 ala biləcəkmi?

31.10.2018

İsveç Cənubi Qafqaz ölkələrinə. o cümlədən Ermənistanın Müdafiə Nazirliyinə SAAB şirkətinin istehsalı olan JAS-39 qırıcıları təklif edib.
"Dövran Media" xəbər verir ki, bu barədə "Reqnum” informasiya yayıb.
Bu hadisə demək olar ki, Con Boltonun İrəvana səfərindən dərhal sonra baş verib. Xatırladaq ki, Bolton İrəvana rus silahları əvəzinə daha ucuz və keyfiyyətli ABŞ silahları təklif etmişdi.
Nəşrin məlumatına görə, Ermənistana 8 qırıcı təyyarənin satışı təklif edilib. Təyyarələrin satış qiymətinin 55-60 milyon avro arasında olduğu bildirilir.
JAS-39 yüngül təkmühərrikli dördüncü nəsil qırıcı təyyarə hesab olunur. 800 kilometr döyüş radiusuna sahib olan qırıcı eyni zamanda həm hava-yer, həm də hava-hava tipli raketlər daşımaq imkanlarına malikdir.
Qeyd edək ki, Ermənistan tərəfi hazırda Rusiya istehsalı Su-30SM tipli qırıcı təyyarələrlə maraqlanır. KTMT üzvü ölkələr üçün rəsmi Moskva bu təyyarələrin satış qiymətini təxminən 22.5-25 milyon dollar arasında təyin edib.
İsveçin təklif etdiyi 4-cü nəsil qırıcıların İrəvanın büdcəsinə uyğun olmadığı vurğulanıb.