Şimal bölgəsində temperatur mənfi 9 dərəcəyədək enib   
    
                          
     
                         03.02.2023
 
    
                        Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.
"DM"-nın verdiyi məlumata görə, Qubanın Xınalıq kəndində 13 sm, Xaltanda 12 sm və Qrızda isə 10 sm qar yağıb.
Xızının Altıağac qəsəbəsində 10 sm, Qusarın Ləzə kəndində 19 sm qar müşahidə olunub.
Ən aşağı temperatur Qubanın Qrız kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 9 dərəcəyədək enib.