02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Bərdədə ağır qəzada ölənlərin adları məlum olub

03.02.2023

Bərdə rayonunda ağır yol qəzasında ölənlərin və yaralıların adları məlum olub.

"DM" Trend-ə istinadən xəbər verir ki, Yevlax-Ağdam-Laçın yolunun qapalı təmir olunan 37-ci km-də Bərdə rayonu Qaradəmirçi kənd sakini, 1998-ci il təvəllüdlü Ceyhun Arif oğlu Quliyevin idarə etdiyi VAZ-21214 markalı 90 EA 774 dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman qarşıdan gələn Bərdə rayonu Mirzəcəfərli kənd sakini, 1995-ci il təvəllüdlü İlkin Məhərrəm oğlu Baxşəliyevin idarə etdiyi "Mersedes Benz” markalı 34 BG 302 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Nəticədə hər iki sürücü və "Mersedes Benz” markalı avtomobildə olan sərnişinlər - Bərdə rayonu Mircəfərli kənd sakinləri 1972-ci il təvəllüdlü Xalidə İsa qızı Kərəmova, 1968-ci il təvəllüdlü Məhərrəm Nüsrət oğlu Baxşəliyev, 1998-ci il təvəllüdlü Məftunə Məhərrəm qızı Baxşəliyeva hadisə yerində ölüb.

2001-ci il təvəllüdlü Fəridə Məhərrəm qızı Baxşəliyeva müxtəlif bədən xəsarətləri alaraq Bərdə rayon Diaqnostika Mərkəzinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.