02 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ATƏT Daimi Şurasının iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məsələsi qaldırılıb

02.02.2023

ATƏT Daimi Şurasının bu gün keçirilən iclasında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum məsələsi qaldırılıb.

"DM" xəbər verir ki, bu barədə Azərbaycanın ATƏT-dəki daimi nümayəndəsi, ölkəmizin Avstriya, Slovakiya və Sloveniya üzrə səfiri Rövşən Sadıqbəyli bildirib.

O deyib ki, ATƏT-in 52 nümayəndəsinin iştirak etdiyi iclasda hücumla bağlı sürətli araşdırma aparılmasına çağırış edilib.

"ATƏT Daimi Şurasının bugünkü iclasında bizim İrandakı səfirliyimizə hücum məsələsi qaldırılıb. Azərbaycana qoşularaq bu hücumu qınayan, qurbanların ailələrinə başsağlığı verən və sürətli araşdırma aparılmasına çağıran 52 ATƏT nümayəndəsinə təşəkkürlər”, - deyə qeyd olunub.

Qeyd edək ki, yanvarın 27-si saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Nəticədə səfirliyin mühafizə xidmətinin rəisi baş leytenant Orxan Əsgərov şəhid olub, iki əməkdaşı isə yaralanıb.