05 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Zarubejneft” İranı TƏRK EDİB

31.10.2018

Rusiyanın İranda fəaliyyət göstərən sonuncu neft şirkəti "Zarubejneft” İslam Respublikasını tərk edib.
"Dövran Media” "İnterfax”a istinadən xəbər verir ki, bu şirkət 2017-ci ilin sentyabrında "ZN-Vostok” adlı şirkət təsis edib.Bu ilin martında isə "Zarubejneft” İran Milli Neft Şirkəti ilə "Aban” və "Qərbi Peydar” yataqlarına xidmətlə bağlı müqavilə imzalayıblar. Bu müqavilə "ZN-Vostok”a verilib. Cari ilin aprelində isə şirkət Tehranda ofis açıb.Məlumata görə, "Zarubejneft” İrandakı bütün layihələrdən çıxaraq öz payını "Promsıreimporta” verib.
"Zarubejneft”in bu addımı atmasına səbəb kimi ABŞ-ın noyabrın 4-də İranın energetika sahəsinə sanksiya tətbiq edəcəyi göstərilir. Şirkət bu məlumatı şərh etməkdən imtina edib.
Xatırladaq ki, ABŞ noyabrın 4-də İrana qarşı sanksiyaların ikinci mərhələsinin tətbiqinə başlayacaq. Bu sanksiya İranın energetika sahəsini əhatə edəcək.
Qeyd edək ki, bu ilin avqustunda ABŞ İrana qarşı sanksiyaların birinci mərhələsini tətbiq etmişdi.