Xoy sakinləri ac-susuz küçələrdə gecələyirlər - VİDEO 
    
                          
     
                         02.02.2023
 
    
                        Cənubi Azərbaycanın əksəriyyətini azərbaycanlılar təşkil edən Xoy şəhərində ötən ay baş verən zəlzələdən sonra insanlar köməksiz, əlacsız vəziyyətdədirlər.
Evləri zəlzələ nəticəsində dağılan azərbaycanlılar ac-susuz halda soyuq küçələrdə gecələyiblər.
Bu barədə sosial şəbəkələrdə videolar yayılıb.
Sakinlər deyirlər ki, çadır üçün rəhbərliyə müraciət edilsə də, onların müraciətlərinə baxılmayıb. Çarəsiz qalanların arasında azyaşlı uşaqlar, hamilə və yaşlı qadınlar var.