Mikayıl Cabbarov Mohammed Abunayyan ilə görüşüb 
    
                          
     
                         02.02.2023
 
    
                        İqtisadiyyat naziri Mikayıl Cabbarov Səudiyyə Ərəbistanının "ACWA Power” şirkətinin sədri Mohammed Abunayyan ilə görüşüb.
O bu barədə öz "Facebook” profilində paylaşım edib.
Bildirilib ki, Mohammed Abunayyan ilə ölkəmizdə "yaşıl” enerji konsepsiyası əsasında inkişaf, şirkət tərəfindən Azərbaycanda həyata keçirilən və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb. İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət imkanları nəzərdən keçirilib.