27 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Şəmkirdə iki min manata “Kalaşnikov” satan şəxs saxlanılıb - FOTO/VİDEO

02.02.2023

Şəmkirdə 2 000 manata "Kalaşnikov” avtomatı satan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində avtomat və onun komplekt hissələrini 2 000 manata satmaq istəyən rayon sakini, əvvəllər məhkum olunmuş Şirxan Aslanov saxlanılıb.

Şübhəli şəxsin əlindəki torbadan bir ədəd atəşə yararlı "Kalaşnikov” avtomatı, bir ədəd həmin avtomata məxsus daraq və 16 ədəd 7,62 mm-lik patron aşkar edilib. Baxış zamanı saxlanılan şəxsin üzərindən narkotik maddə olan heroin də müəyyən olunaraq götürülüb.

Bundan başqa, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının cari ilin yanvar ayında qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində ümumilikdə rayon sakinlərinə məxsus 29 ədəd müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb. Silah sahibləri ilə profilaktiki söhbət apararaq barələrində qanunamüvafiq tədbir görən polis əməkdaşları zəruri kompleks əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirirlər.