28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Traktor" futbolçuları Xoya gedir

02.02.2023

Təbrizin "Traktor" klubunun üzvləri zəlzələdən zərər çəkmiş vətəndaşlara yardım etmək və onlarla həmrəy olduqlarını bildirmək üçün Xoy şəhərinə gedəcəklər.

"DM" xəbər verir ki, bu barədə "Traktor"un kapitanı Mehdi Kiyani məlumat verib.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb. İlkin məlumata görə, 3,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.