28 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Laçın-Xankəndi yolundan RSK-nın daha 3 maşını keçib -YENİLƏNİB

02.02.2023

Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq aksiyanın keçirildiyi Xankəndi-Laçın yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus 3 maşından ibarət avtomobil karvanı Xankəndindən Laçına maneəsiz keçid edib.

"DM" xəbər verir ki, onlardan 1-i minik və 2-si isə yük maşını olub.

***

09:12

Laçın-Xankəndi yolundan Rusiya sülhməramlı kontingentinə (RSK) məxsus avtomobillərin maneəsiz keçidinə şərait yaradılıb.

"DM" xəbər verir ki, Xankəndindən gələn RSK-nə məxsus maşın karvanı Laçın-Xankəndi yolunun aksiya keçirilən ərazidən maneəsiz keçid edib.

Maşın karvanı 6 yük maşınından ibarət olub.