27 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində yeni təyinat olub

01.02.2023

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə ictimaiyyətlə əlaqələr üzrə yeni menecer təyin olunub.

"DM” xəbər verir ki, bu vəzifə Günel Əhmədovaya həvalə olunub.

Qeyd edək ki, G.Əhmədova 1999-2005-ci illərdə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr və magistr dərəcələri üzrə təhsil alıb.

O, 2011-2012-ci illərdə London şəhərində yerləşən Vestminster Universitetində Beynəlxalq əlaqələr və qlobal dəyişiklik üzrə magistr dərəcəsini əldə edib.

G.Əhmədova 2022-ci ilin əvvəlində Azərbaycan Energetika Nazirliyinin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsini tərk etdikdən sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.