29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub - FOTO/VİDEO

01.02.2023

Daşkəsən rayonunun Daşkəsən-Xoşbulaq-Astaf avtomobil yolu yenidən qurulub.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolboyu torpaq işləri, yol yatağı və yolun 4,2 kilometrlik hissəsində dördbucaqlı su keçidi inşa edilib. Bundan başqa yolun altından suların ötürülməsini təmin etmək məqsədilə zəruri yerlərdə 68 suötürücü boru quraşdırılıb. Yola 2 laydan ibarət yeni asfalt-beton örtüyü döşənib.

Sonda yol nişanları və məlumatverici lövhələrin, siqnal dirəklərinin quraşdırılması, yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri icra olunub.