25 08 2025-cu il Bakı 30 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

“Bakılı” beş separatçını silah işlətmədən əsir götürüb - VİDEO

01.02.2023

Ukraynada müharibə davam edir.

Baku TV-nin bu ölkədə olan əməkdaşı Mübariz Aslanov Ukraynadan son məlumatları çatdırıb.
O bildirib ki, Donetsk vilayətində ötən gün, əsasən, hava döyüşləri gedib.

Məlumata görə, Rusiya ordusu separatçılarla birlikdə Baxmut, Avdeyevka və Konstantinovkaya dayanmadan hücum edir.

O da bildirilib ki, "Bakılı” ləqəbli azərbaycanlı hərbçi Ukraynadakı müharibədə maraqlı əməliyyat həyata keçirib.

"O, kamuflyaj olunaraq qarşı tərəfə keçib, heç bir güc tətbiq etmədən beş separatçını aldadaraq əsir götürüb”, - deyə jurnalist əlavə edib.