29 04 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Naxçıvanla Türkiyə arasındakı quru sərhəd açılıb

01.02.2023

Naxçıvan Muxtar Respublikası sərhədindən Türkiyəyə gediş-gəlişə qoyulmuş qadağa ləğv edilib.

"DM"-nın məlumatına görə, fevralın 1-dən Sədərək Gömrük Sərhəd-Buraxılış Məntəqəsindən avtomobillərin keçidinə icazə verilib.

Sərhədi yalnız Naxçıvan MR-da qeydiyyatı olan şəxslər avtomobilləri ilə keçə bilərlər.

Hələlik avtobusların gediş-gəlişinə qoyulan qadağa qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2020-ci ildə koronavirus pandemiyası başlayan zaman Azərbaycanın quru sərhədləri bütün qonşu ölkələr üçün bağlandı. Sadəcə Naxçıvan MR-dən İran və Türkiyəyə gediş-gəlişə icazə verilirdi.

Ötən il iyulun 1-dən etibarən isə Naxçıvanda da yük maşınları istisna olmaqla digər avtomobillər üçün keçid tam olaraq dayandırılmışdı.