28 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kimya Sənaye parkında dörd müəssisə işə başlayacaq

01.02.2023

2023-cü ildə Sumqayıt Kimya Sənaye Parkında dörd müəssisənin istehsal fəaliyyətinə başlaması planlaşdırılır.

Bu barədə bu gün İqtisadi Zonaların İnkişafı Agentliyinin idarə heyətinin sədri Elşad Nuriyev 2022-ci ilin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bunlar "Azərbaycan Vanhong Ceramics Co” MMC-nin (Çin kapitallı şirkət) keramik plitələr istehsalı müəssisəsi, "AK Pack” MMC-nin yumşaq polimer qablaşdırma məhsulları istehsalı müəssisəsi, "Novus Plastica” MMC-nin polimer məhsullar emalı müəssisəsi və "UPI - Universal Packing İndustry” QSC-nin qablaşdırma məhsulları istehsalı müəssisələridir.