29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğini təsdiqləyib

01.02.2023

Milli Məclis Azərbaycanda minimum əmək pensiyasının məbləğinin artırılması ilə bağlı dəyişiklik layihəsini təsdiqləyib.

"DM” xəbər verir ki, parlamentin bugünkü plenar iclasında "Əmək pensiyaları haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Bildirilib ki, əmək pensiyasının minimum məbləği 40 manat artırılaraq 240 manatdan 280 manata qaldırılır. Qanun layihəsi 2023-cü ilin fevralın 1-dən qüvvəyə minir. Bu artım təxminən 100 min pensiyaçını əhatə edəcək.