Elçin Quliyev də İsrail müdafiə naziri ilə danışıb  
    
                          
     
                         01.02.2023
 
    
                        Fevral ayının 1-də Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və İsrailin müdafiə naziri Yoav Qallant arasında telefon danışığı olub.
Bu barədə DSX-in Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, telefon əlaqəsi zamanı general-polkovnik Elçin Quliyev yeni vəzifəyə təyin olunması münasibəti ilə Y.Qallantı təbrik edib.
Tərəflər mövcud əlaqələrin yüksək səviyyədə olmasını vurğulayaraq qarşılıqlı maraq kəsb edən istiqamətlər üzrə əməkdaşlığın perspektivlərini müzakirə edib, ölkələrimiz arasında təhlükəsizlik və sərhəd mühafizəsi sahəsində əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparıblar.