30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran eksperti: Təbrizdəki konsulluq da bağlansın!

01.02.2023

İranın "Səhər” kanalında növbəti dəfə Azərbaycana qarşı təxribatçı çıxışlar səsləndirilib.

"DM" xəbər verir ki, kanalda yayımlanan verilişlərin birində çıxış edən ekspert Azərbaycanı Təbrizdəki konsulluğu bağlamağa çağırıb.

Aparıcının "Tehrandakı səfirlik bağlansa, Təbrizdəki konsulluq nə olacaq” sualına həmin şəxs "Əgər Tehranı təhlükəli yer hesab edirlərsə, o zaman Təbrizdəki konsulluğu da boşaltsınlar” cavabını verib.

Ekspertlər isə sosial şəbəkələrdə bunu "Səhər” kanalı vasitəsilə İranın mesajı kimi qiymətləndiriblər.