30 04 2024-cu il Bakı 24 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb

01.02.2023

İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Horadiz” sərhəd dəstəsinin əməkdaşları tərəfindən 20 kiloqram 400 qram narkotik vasitənin və 300 ədəd psixotrop tərkibli həblərin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.

Yanvar ayının 30-da saat 14:10-da Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 2 ədəd bağlamada ümumi çəkisi 12 kiloqram 400 qram narkotik vasitə "marixuana”, saat 21:30-da İmişli rayon Bəhrəmtəpə kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 1 ədəd bağlamada ümumi çəkisi 8 kiloqram narkotik vasitə "marixuana” və 300 ədəd psixotrop tərkibli "metadon M-40” həbi aşkar olunaraq götürülüb.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.