30 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Parlamentin Heydər Əliyevə həsr olunmuş xüsusi iclası keçiriləcək

01.02.2023

"Ümummilli lider Heydər Əliyevin yubileyi ilə bağlı parlamentin yaz sessiyası çərçivəsində tədbirlər keçiriləcək”.

"DM"-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında spiker Sahibə Qafarova bildirib.

Spiker deyib ki, bugünkü qüdrətli Azərbaycan Ümummilli liderin Vətənə, Xalqa xidmətinin nəticəsidir: "Milli Məclisin komitələrinin Heydər Əliyevin yubileyi ilə bağlı iclasları olacaq. O cümlədən parlamentin Ümummilli liderə həsr olunmuş xüsusi iclası keçiriləcək”.